Plastik torbalar kağız, parça torbalarla əvəzlənir – RƏSMİ
“Yüngül çəkili plastik torbaların ödənişli sisteminin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. Onun sözlərinə görə, çox yüngül (“pinqvin”) torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib:
“Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır”.