Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq
Bu ilin sonunadək Azərbaycanda 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha 2, regionlarda isə əlavə 5 yeni analoji mərkəz açılacaq.
Bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.
Onun sözlərinə görə, bununla da ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq.
"Hazırda ölkə üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN kommunal xidmət” mərkəzi, 1 “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5%-ni əhatə edir", - deyə C. Salmanov qeyd edib.