İqtisadiyyat

Sahibkarlar sənaye zonalarında 20,9 milyard manatlıq məhsul istehsal ediblər

Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına 7,2 milyard manatdan çox investisiya yatırılıb.

Sahibkarlar zonalarda 20,9 milyard manatlıq məhsul istehsal edərək satıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub.

Hazırda ölkədə fəaliyyət göstərən sənaye parkı, sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib. Sənaye zonalarında 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)