Azərbacanda bu şəxslərə iki və üçotaqlı pulsuz mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi Ağstafa və Astara rayonlarında əlilliyi olan şəxslər və şəhid ailələri üçün mənzil satınalınması üzrə ümumi dəyəri 4.5 milyon manata yaxın olan iki tender elan edib.
ENA.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Ağstafa və Astara rayonlarında mənzillərin satın alınması üçün açıq müsabiqələr keçirir.
Elan olunmuş ilk müsabiqə çərçivəsində Agentlik Astara rayonunda ehtimal olunan qiyməti 3 825 800 manat təşkil edən 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzilin satın alınmasını nəzərdə tutur. Digər müsabiqə üzrə isə Ağstafa rayonunda ehtimal olunan qiyməti 666 900 manat olan 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin alışı planlaşdırılır.


















