Bank

Azərbaycanın bank sektorunda əmək haqları açıqlandı – MƏBLƏĞLƏR

Azərbaycanın bank sektorunda işçilərə verilən əmək haqları açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hazırda banklarda çalışanların orta aylıq əmək haqqı 2381,2 manat təşkil edir. 

Məlumata görə, özəl banklarda çalışanların əmək haqqı dövlətlə müqayisədə daha yüksəkdir. Özəl banklarda orta maaş 2436,9 manat, dövlət banklarında isə 1935,9 manat təşkil edir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, hazırda Azərbaycanın bank sektorunda 18 191 nəfər çalışır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)