Bank

Mərkəzi Bankın beynəlxalq maliyyə institutlarına borcu azalıb

2024-cü ildə Mərkəzi Bankın Beynəlxalq Valyuta Fondu ilə əməliyyatlar üzrə öhdəlikləri 1,175,186 min manat təşkil edib. Bu göstərici 2023-cü ildə 1,211,857 min manat olub. Tənzimləyicinin BVF qarşısında öhdəlikləri 3.03% azalıb.

Bu barədə Mərkəzi Bankın maliyyə hesabatında qeyd olunub.

Bankın beynəlxalq maliyyə institutları qarşısında öhdəlikləri 2024-cü ildə 1,223 min manat, 2023-cü ildə 1,706 min manat olub. Bu istiqamətdə 28.3% azalma olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)