Mərkəzi Bank 498 milyon 750 min manat xalis gəlir əldə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə cəmi öhdəlikləri 34 milyard 522 milyon 896 min manat təşkil edib. 2023-cü ilin sonuna bu rəqəm 33 milyard 239 milyon 248 min manat təşkil edib. Beləliklə, bankın cəmi öhdəlikləri 3,9% artıb.
Məlumata görə, tənzimləyicinin ötən il üzrə cəmi öhdəlikləri və kapitalı 36 milyard 519 milyon 931 min manat təşkil edib.
Bankın cəmi aktivləri 36 milyard 519 milyon 931 min manat olub. Bu, ötən il yanvarın 1-nə nisbətən 5% çoxdur. 2024-cü il üzrə Mərkəzi Bank 498,750 min manat xalis gəlir əldə edib. Mənfəəti 721,484 min manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2023-cü ildə qurum 349,113 min manat mənfəət əldə etmişdi.