Mərkəzi Bank: Dövriyyədə olan pul nişanlarının həcmi artıb

2024-cü il ərzində Mərkəzi Bank tərəfindən çap şirkətlərindən ümumilikdə 84,140 min manat dəyərində yeni kağız və metal pul nişanları təhvil alınıb.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2023-cü ildə 550,960 min manat təşkil edib.
2024-cü ilin əvvəlinə olan məlumata əsasən, dövriyyədə olan pul nişanlarının qalığı 17,318,195 manat, illik artım isə 130,896 manat olub. Nəticədə, ilin sonunda bu göstərici 17,449,091 manat səviyyəsində qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin əvvəlində dövriyyədə olan kağız və metal pulların qalığı 14,714,360 manat idi. Həmin il ərzində isə 2,603,835 manat artım baş verərək ilin sonunda bu məbləğ 17,318,195 manata çatmışdı.