MALİYYƏ

Depozit hərracında tələb təklifi 5 dəfədən çox üstələyib

27.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 838,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir. "ENA" xəbər verir ki, Mərkəzi Bank elan etdiyi şəkildə 150 milyon manat cəlb edib. Beləliklə, hərracda tələb təklifi 5,6 dəfə üstələyib.

Xəbər verdiyimiz kimi,  20.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 763,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

13.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 739,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.  

06.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 633,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi. 

29.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 449 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlmış və bu məbləği də cəlb etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)