Beynəlxalq maliyyəçilər Azərbaycan manatı emissiya edəcəklər
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyilə "Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi" mövzusunda konfrans öz işinə başladı.
"ENA" xəbər verir ki, tədbiri açan Palatanın İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov çıxış etdi.
İ.Alışovun sözlərinə görə, beynəlxalq maliyyə təşkilatları Azərbaycan manatını emissiya edəcəklər (Emissiya (issue)- Bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması deməkdir). Bu zaman qlobal investorlar Azərbaycan bazarına girdiyi təqdirdə yerli sahibkarların düşüncə tərzini dəyişməsini tələb edəcək. Palata rəsmi bildirdi ki, bank sektorunda likvid vəsaitlər var və bu likvid vəsaitlər qiymətli kağızlar bazarına yönəldilməlidir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda kapital bazarı 12 dəfə artıb və 24 milyard manat təşkil edib. Kapital bazarının böyüməsində əsas alət isə dövlət qiymətli kağızları olub.