MALİYYƏ

Azərbaycanın strateji valyuta ehtiyatları illik müqayisədə 10,4% yüksəlib

Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 10,4 % çoxdur.

Bununla belə, iyunda ölkənin strateji valyuta ehtiyatları 2 milyard 669,7 milyon ABŞ dolları azalıb.

2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)