Maliyyə Nazirliyi depozit hərracı keçirdi: 73 milyon manat banklara yerləşdirildi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib.
ENA.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə depozitə yerləşdirilib.
Depozitlər üzrə orta çəkili faiz dərəcəsi 7,24% təşkil edib.


















