2022-ci ildə əhalinin gəlirləri 72 milyard manata yüksələcək
Azərbaycan əhalisinin 2020-2022-ci illər üçün gəlir və xərcləri ilə bağlı proqnozlar məlum olub.
2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, 2020-ci ildə əhalinin gəlirləri üzrə real artım tempi 3,6% olmaqla 63 mlrd. 511,1 mln. manata çatacaq. Bu dövrdə əhalinin xərcləri üzrə real artım tempi 3% olmaqla 54 mlrd. 520,5 mln. manat təşkil edəcək.
2021-ci ildə əhalinin gəlirlərinin 67 mlrd. 548,6 mln. manat, xərclərinin 57 mlrd. 923,7 mln. manat, 2022-ci ildə isə müvafiq olaraq 71 mlrd. 898,5 mln. manat və 61 mlrd. 602 mln. manat olacağı proqnozlaşdırılır.