Sosial iqtisadiyyat

Taksidən istifadə sayı 3 milyondan çox azaldı

Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda 90 milyon 828,9 min sərnişin taksidən istifadə edib.

Bu, 2023-cü illə müqayisədə 3,5 faiz azdır. 2023-cü ildə 94 milyon 123,2 min nəfər sərnişin taksidən istifadə etmişdi. Beləliklə, say etibarilə azalma 3 milyon 294 min gediş təşkil edir. 

Sərnişinlərin 56,9 faizi (51 milyon 679,9 min nəfər) fiziki şəxslərə məxsus taksilərdən istifadə edib ki, onların da sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)