Sosial iqtisadiyyat

Avropa və Asiya arasında kontreyler Azərbaycandan daşına bilər - TƏKLİF

"Poti/Batumi - Odessa - Konstansa limanları arasında konteyner-fider əlaqəsinin inkişafı və Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan - Qara dəniz - Rumıniya/Ukrayna və əks istqamətdə kontreyler daşımalarının təşkili Qara dəniz regionu üçün prioritet infrastruktur layihələridir".

"ENA" xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur nazirinin Avropa inteqrasiyası üzrə müavini Viktor Dovqan bildirib.

"Ukrayna və Gürcüstan arasındakı sıx iqtisadi əlaqələri, eləcə də Rumıniya ilə iqtisadi əlaqələri dərinləşdirmək və ölkələr arasında tranzit yük daşımalarının artım tendensiyasını nəzərə alaraq, Ukrayna limanları və Qara dəniz limanları arasında konteyner-fider əlaqəsinin inkişafı və Avropa ilə Asiya arasında kontreyler daşımalarının tətbiqi məqsədəuyğundur", - nazir müavini deyib.

Onun sözlərinə görə, indi Ukrayna və Gürcüstan yuxarıda göstərilən layihələrin maliyyələşdirilmənə dəstək verilməsi üçün Avropa Komissiyasının prezidentinə müraciət hazırlayır.

Qeyd edək ki, çərşənbə axşamı Buxarestdə (Rumıniya) Qara dəniz üçün ortaq dəniz gündəmi üzrə Nazirlər Konfransı keçirilib. Konfransda Ukrayna, Gürcüstan, Moldova, Bolqarıstan, Türkiyə, Xorvatiyanın, eləcə də Avropa İnvestisiya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)