3 bankın mənfəət vergisi ödəmələri artıb, 5 bank vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-i bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Kapital Bank" (2,1 dəfə), "Azərbaycan Sənaye Bankı"dır (94,9%) və "Yapı Kredi Bank Azərbaycan"dır (79,1%).
Digər 2 bank - "Xalq Bank" və "Unibank" ötən ilin I rübündə vergi ödəmədiyi üçün onun mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 il bundan əvvəl mənfəət vergisi ödəmiş "PAŞA Bank" isə bu ilin ilk 3 ayında vergi ödəməyib. Odur ki, bu bankın mənfəət vergisi ödəmələri 100% azalıb.
1 bank - İran Milli Bankının Bakı filialı ötən ilin I rübündə mənfəət vergisi ödəməyib, bu ilin I rübündə vergi ödəmələrinə qənaət edib, qalan 23 bank isə həm ötən ilin yanvar-mart aylarında, həm də bu ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
5 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azərbaycan" və "Unibank"dır. Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə müvafiq olaraq 12 milyon 435 min manat, 1 milyon 751 min manat, 731 min manat, 539 min manat və 8 min manat, ümumilikdə 15 milyon 464 min manat mənfəət vergisi ödəyiblər.
1 bank - İran Mili Bankının Bakı filialı mənfəət vergisi ödəmələrinə 5 min manat qənaət edib.
Qalan 24 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 8-i I rübü zərərlə başa vurmuş "AGBank", "NBC Bank", "Amrah Bank", "Bank BTB", "Bank of Baku", "Muğan Bank" və "Access Bank"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.