A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Peşə xəstəliyi

Sözün izahı

 

Aparılmış hərtərəfli müayinədən sonra tibb müəssisəsinin müəyyən etdiyi diaqnoza əsasən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri nəticəsində sığorta olunanın sağlamlığının ciddi surətdə pozulması.

Misal:

Daş kömür mədəninin sahibi mədənlərdə çalışan işçilərini peşə xəstəliyi riskindən sığorta etdirir. Bu cür iş şəraiti yüksək temperatur və intensiv istilik şüalanması ilə müşayiət olunur. Müəyyən müddət sonra işçilərin birində istilikvurma və qıcolma aşkar olunur. Bu xəstəliyin məhz əmək funksiyalarının icrası ilə bağlı yaranmasının tibb müəssisəsi tərəfindən lazımi formada təsdiq edilməsi şərtilə sığortaçı sığorta ödənişini  həyata keçirir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu, maddə 2.0.11:

peşə xəstəliyi – əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik.

Beynəlxalq təcrübədən nümunə

Qazaxıstan Respublikasının 2005-ci i 7 fevral tarixli “İşçinin əmək (xidməti) funksiyalarını yerinə yetirərkən onun həyatına və sağlamlığına zərər vurulmasına görə işəgötürənin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunu, maddə 1:

peşə xəstəliyi (рус. -профессиональное заболевание) – öz əmək (xidməti) funksiyalarını yerinə yetirərkən işçinin zərərli, yaxud təhlükəli istehsal amillərinin təsiri nəticəsində xroniki və ya kəskin xəstələnməsi.