A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Ölüm halından sığorta

Sözün izahı

Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın ölməsi halında faydalanan şəxsə sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi.

 

Misal:          

Şəxs 25 il müddətinə öz həyatını ölüm halından sığorta etdirir. Bununla bağlı sığorta müqaviləsində 200 000 manat sığorta məbləği nəzərdə tutulur və şəxs sığorta haqqını aylıq olaraq ödəməyə başlayır. O, müqavilənin qüvvədə olduğu 15-ci ildə xəstəlik nəticəsində dünyasını dəyişir. Bu zaman müqavilədə razılaşdırılmış 200 000 manat ölən sığorta olunanın vaxtilə həmin müqavilədə təyin etdiyi faydalanan şəxsə, məsələn, sığorta olunanın arvadına və ya uşaqlarına ödənilir.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 14.2.1:

sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası (həyat sığortası üzrə sığorta siniflərinə aiddir):

 

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 69:

Həyatın tam sığortası (eng.- whole life insurance) – harada baş verməsindən asılı olmayaraq, sığorta olunanın öldüyü halda faydalanan şəxsə sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta.

 

“Barrons Educational Series” “Sığorta terminləri lüğəti”, beşinci nəşr, səh. 354:

Adi həyat sığortası (eng.- ordinary life insurance) – sığorta olunanın həyatda olduğu müddətdə qüvvədə olan və onun həyatı üçün tətbiq edilən, həmin müddət üçün sığorta haqlarının ödənilməsini nəzərdə tutan sığorta təminatı.

 

Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il, maddə 161:

Həyatın tam sığortasında, sığorta müqaviləsinin  bağlandığı vaxtdan üç il ərzində sığorta olunanın intihar etməsi halında sığortaçı sığorta ödənişi vermək öhdəliyi daşımır.