A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Eyni yaşda olan şəxslər üçün orta statistik ölüm dərəcəsinin və ya ehtimal edilən yaşama müddətinin göstəricilərini əks etdirən statistik cədvəl.
Dəqiq yaş
|
Kişi |
Qadın |
Bir il ərzində ölüm ehtimalı |
Diri doğulmuş hər 100 min nəfərə yaşayanların sayı |
Sonrakı yaşama müddəti (il) |
Bir il ərzində ölüm ehtimalı |
Diri doğulmuş hər 100 min nəfərə yaşayanların sayı |
Sonrakı yaşammüddəti (il) |
0 |
0.007349 |
100,000 |
75.10 |
.006055 |
10,000 |
80.21 |
1 |
0.000465 |
99,25 |
74.66 |
0.000433 |
99,395 |
79.70 |
2 |
0.000321 |
99,219 |
73.69 |
0.000276 |
99,351 |
78.73 |
3... |
0.000244 |
99,187 |
72.72 |
000184 |
99,324 |
77.75 |
12... |
0.00035 |
99,050 |
63.81 |
0.000113 |
99,210 |
8.84 |
25... |
0.001496 |
97,785 |
51.53 |
0.000536 |
98,736 |
56.13 |
39... |
0.002193 |
95,641 |
38.52 |
0.001299 |
97,691 |
42.65 |
Əlavə izahat:
Ölüm cədvəli həyat sığortası şirkətlərinə sığorta tariflərini və nəticədə də sığorta haqlarını müəyyən etməkdə kömək edir. Belə ki, aktuar hesablamalar zamanı bu cür cədvəllərdən istifadə etməklə sığortaçı sığorta haqları və onların investisiyasından daxil olan digər vəsaitlərin sığorta müqavilələri üzrə öhdəliklərini qarşılamağa kifayət edib-etməməsini müəyyən edir. Kifayət etməməsi qənaətinə gəldikdə isə sığorta tariflərində və ya qaydalarında dəyişiklik etməyə məcburdur.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
Azərbaycan Respublikasının qanunvericiliyində “ölüm cədvəli”nin anlayışı verilməmişdir.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 42:
Ölüm cədvəli (eng.-mortality table)–adətən hər min nəfər üzrə ifadə olunan hər bir yaş üçün ehtimal olunan ölüm dərəcəsini göstərən statistik cədvəl.
www.en.wikipedia.org internet saytı:
Aktuar elmində həyat cədvəli (eng.-life table) (“ölüm cədvəli ” və ya “aktuar cədvəli” də adlanır) hər bir yaş üçün həmin yaşda olan şəxsin doğum gününün növbəti ildönümünə qədər olan müddətdə ölüm ehtimalını göstərən cədvəldir.
|
|