A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Məsuliyyət sığortası

Sözün izahı

Sığorta olunanın hərəkət və ya hərəkətsizliyi nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla mülki məsuliyyət daşıdığı hallarda, zərərçəkənin qanuni şəkildə tələb etdiyi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sığorta.

 

Misal:          

 

Şəxs avtomobili ilə bağlı mülki məsuliyyətini 5 000 manat məbləğində sığorta etdirir. Sığorta müddəti ərzində o, həmin avtomobillə yol-nəqliyyat hadisəsinə uğrayaraq, yol kənarındakı mağazalardan birinin divarına dəyir və mağazaya 7 000 manat məbləğində zərər vurur. Hadisə yerində olan yol polisi əməkdaşı da tərtib etdiyi müvafiq sənədlərdə hadisənin baş verməsində avtomobil sürücüsünün təqsirli olduğunu təsdiq edir. Bu halda mağaza sahibi şəxsə qarşı ona vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini irəli sürür. Sığortaçı mağaza sahibinə dəymiş zərərin 5 000 manat hissəsini ödəyir. Əgər sığorta müqaviləsində sığorta məbləği 7 000 manat və ya daha çox nəzərdə tutulsa idi, şəxsin vurduğu zərər tam həcmdə sığortaçı tərəfindən ödəniləcəkdi.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

 

14.3.3. Sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər (qeyri-həyat sığortası (ümumi sığorta) üzrə sığorta siniflərinə aiddir):

 

14.3.3.1. Sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

 

14.3.3.2. Sığortalıya məxsus dəmiryol nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

 

14.3.3.3. Sığortalıya məxsus hava nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

 

14.3.3.4. Sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

 

14.3.3.5. Sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yük daşıyanın mülki məsuliyyətinin sığortası;

 

14.3.3.6. Sığortalı müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətini sığorta etdirdiyi hallarda  müvafiq sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası;

 

14.3.3.7. Lazımi ixtisas keyfiyyətlərinə malik olan müxtəlif peşə sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi üçüncü şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan peşə məsuliyyətinin sığortası;

 

14.3.3.8. İşçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə bağlı olan xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işəgötürənin məsuliyyət sığortası;

 

14.3.3.9. bu Qanunun 14.3.3.1-14.3.3.8-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan ümumi mülki məsuliyyətin sığortası.

 

Beynəlxalq təcrübədən nümunə

Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 1 (12):

Məsuliyyət sığortası (eng.-liability insurance)– şəxsin hərəkət və ya hərəkətsizliyi nəticəsində üçüncü şəxsə vurulan zərərə görə mülki məsuliyyətini əhatə edən sığorta.

 

Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il,

maddə L124-1: Məsuliyyət sığortasına münasibətdə sığortaçı o zaman öhdəlik daşıyır ki, (sığorta)müqavilə(sin)də nəzərdə tutulmuş xətanın nəticəsi olaraq, zərərçəkən üçüncü şəxs məhkəmədən kənar və ya məhkəmə qaydasında sığorta olunana qarşı tələb irəli sürsün.

 

maddə L124-4: Avtomobil sahibinin sığortaçısı (sığorta)müqavilə(sin)də nəzərdə tutulmuş həddə üçüncü şəxsə vurulmuş zərərin aradan qaldırılmasına… görə məsuliyyət daşıyır.

 

“Barrons Educational Series” “Sığorta terminləri lüğəti”, beşinci nəşr, səh 278:

 

Məsuliyyət sığortası –bədən xəsarəti və ya əmlaka dəyən zərərə görə, həmçinin bəzən sığorta müqaviləsinin şamil edildiyi digər hallara görə qanunla ödəməli olduğu məbləğlərə verilən sığorta təminatı.

 

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 17:

 

Tam şəxsi məsuliyyət sığortası – sığorta olunanın başqa şəxsə vurduğu zərər görə pul ödəməli olduğu hallarda bunun əvəzinin ödənilməsini nəzərdə tutan sığorta. Bu sığorta avtomobil məsuliyyət sığortasını istisna edir, sığorta olunanın biznes fəaliyyəti istisna olmaqla bütün şəxsi fəaliyyətini əhatə edir.

 

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il,

 

maddə 931 (1): Digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına vurulan zərər nəticəsində yaranan öhdəliklər üzrə məsuliyyət riskinin sığortası müqaviləsinə görə sığortalının özünün, habelə belə məsuliyyətin aid edilə bildiyi digər şəxsin məsuliyyət riski sığortalana bilər.

 

maddə 932 (2): Müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyət riskinin sığortası müqaviləsində yalnız sığortalının öz məsuliyyət riski sığortalana bilər.