Axtar

Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

“Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Sərhəddə ticarət” və başqa indikatorlar üzrə İcra və Kommunikasiya planlarının hazırlanmasına böyük ehtiyac var idi və bununla bağlı işçi qruplarına tapşırıqlar verilib”.

ENA” xəbər verir ki, bunu biznes sahələri üzrə 2019-cu ilin II yarısı üçün İcra və Kommunikasiya planlarının təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib.

Onun sözlərinə görə, bu planların hazırlanmasında özəl sektor aktiv rol oynayıb: “Bunun üçün biznes dairələrinə, xüsusilə də Azərbaycanda Amerika Ticarət Palatasına (“AmCham”) təşəkkür edirik. Hesab edirəm ki, bu aktivlik bundan sonra da davam edəcək və dövlət-özəl sektorun dialoquna töhvə verəcək”.

“AmCham”ın icraçı direktoru Natəvan Məmmədova isə bildirib ki, onlar daima dövlətlə dialoqa hazırdırlar: “Çox sevinirik ki, bizim "Ağ Vərəq"də göstərdiyimiz islahatların bir çoxu artıq reallaşdırılıb. “AmCham” olaraq bu işə dəstəyimizi davam etdirəcəyik. Sentyabrdan isə yeni İcra və Kommunikasiya Planlarının hazırlanması üçün gücümüzü səfərbər edəcəyik".

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla