Meymunçiçəyi bu ölkəyə də çatdı

Danimarkada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
!@#
Bildirilir ki, xəstəliyə yoluxan bir kişi hazırda evdə təcrid olunub. Mütəxəssislər ölkədə meymunçiçəyinə başqa yoluxanların olub-olmamasını araşdırır.
Yoluxan şəxsdə İspaniyaya səfər etdikdən sonra infeksiyanın əlamətləri yaranıb.
Xatırladaq ki, bu günə qədər ÜST Avropa regionunda ən azı səkkiz ölkədə - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada meymunçiçəyinə yoluxma halları barədə məlumat verib.











