Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən çıxarıla bilər

4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən çıxarıla bilər

Gəncədə bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

Məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət departamenti tərəfindən aparılan yoxlamalar təxminən 15 gün davam edib.

Qanun pozuntuları Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, həmin xəstəxananın nəzdində fəaliyyət göstərən 2 saylı poliklinikada, həmçinin Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aşkarlanıb.

Məlumata görə, sözügedən tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Onlardan bəzilərinin tutduqları vəzifələrdən azad olunacağı gözlənilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə