Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycan 9 ayda vahid xəzinə hesabının idarə edilməsindən 47 milyon manat gəlir əldə edib

Azərbaycan 9 ayda vahid xəzinə hesabının idarə edilməsindən 47 milyon manat gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən 46,8 milyon manat faiz gəliri əldə edilib.

ENA.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, söhbət xarici valyutada olan vəsaitlərin idarə edilməsindən gedir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə