Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Mərkəzi Bankda kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı müzakirələr aparılıb

Mərkəzi Bankda kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı müzakirələr aparılıb
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycan Mərkəzi Bankında (AMB) informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinin mütəxəssisləri ilə görüş keçirilib.

ENA.az xəbər verir ki, AMB sədri Taleh Kazımovun ekspertlərlə ilk görüşündə maliyyə sektorunun qarşılaşdığı aktual texnoloji çağırışlar diqqət mərkəzində olub.

Tərəflər ödəniş sistemlərinin inkişafı, kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı məsələləri, eləcə də kibertəhlükəsizlik və məlumatların idarə edilməsi sahəsində mövcud vəziyyəti müzakirə ediblər.

Görüş zamanı maliyyə sektorunda dayanıqlılığın artırılması üçün ekspertlər, media nümayəndələri və ictimaiyyət arasında məlumat mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə