Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Açıq bankçılığa 20 bank və 5 fintex təşkilatı qoşulub

Açıq bankçılığa 20 bank və 5 fintex təşkilatı qoşulub
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycanda açıq bankçılıq sisteminə 20 kommersiya bankı və 5 fintex təşkilatı qoşulub.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin sektor müdiri Elmar Didaka bildirib.

Onun sözlərinə görə, hazırda açıq bankçılıq sistemində məlumatlardan istifadə edən tərəf kimi 9 kommersiya bankı və 2 fintex təşkilatı iştirak edir.

Hazırda sistem istifadəçilərə müxtəlif banklardakı hesabları üzrə məlumatlara, o cümlədən balanslara baxmaq imkanı verir. Yaxın vaxtlarda isə hesablar üzrə əməliyyatların həyata keçirilməsinə başlanılması nəzərdə tutulur.

E.Didaka qeyd edib ki, növbəti mərhələdə hüquqi şəxslər də bütün banklardakı korporativ hesablarını vahid platforma üzərindən idarə edə biləcəklər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə