Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

"Birbank"dan yeni rəqəmsal imkan: Bank çıxarışınızı özünüz hazırlayın

"Birbank"dan yeni rəqəmsal imkan: Bank çıxarışınızı özünüz hazırlayın
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

"Birbank" müştəriləri artıq bank çıxarışlarını banka müraciət etmədən, birbaşa mobil tətbiqdə möhürlü və imzalı şəkildə, PDF formatında əldə edə bilərlər. Bunun üçün "Birbank" tətbiqində "AI assistent"ə daxil olaraq "çıxarış əldə etmək istəyirəm" yazmaq kifayətdir.

Bununla yanaşı, müştərilər bank çıxarışının hazırlanması funksiyasına əməliyyatlar tarixçəsindən və müvafiq kartın menyusundan da birbaşa keçid edə bilərlər. Beləliklə, çıxarış əldə etmək üçün bir neçə fərqli giriş nöqtəsi təqdim olunur və müştərilər özlərinə uyğun ən rahat üsulu seçə bilirlər.

Proses olduqca sadə və rahatdır. Müştəri əvvəlcə çıxarışını almaq istədiyi hesabı seçir, daha sonra 1, 3, 6, 12 və ya 36 aylıq dövrdən ona lazım olan müddəti müəyyənləşdirir. Bundan əlavə, fərdi tarix aralığını seçmək imkanı da mövcuddur. Bu funksiya müştərilərə çıxarışı məhz ehtiyac duyduqları dövr üzrə hazırlamağa şərait yaradır.

Çıxarışı yalnız mədaxil, yalnız məxaric və ya hər iki əməliyyat növünün əks olunması üzrə təyin etmək də mümkündür. Müştəri sənədin dilini seçdikdən sonra çıxarış PDF formatında, bankın rəqəmsal möhürü və imzası ilə hazırlanır.

Hazırlanma prosesi cəmi bir neçə dəqiqə ərzində başa çatır. Çıxarış və onunla bağlı yazışma 7 gün ərzində "Birbank" çatının arxivində saxlanılır ki, müştəri ehtiyac yarandıqda sənədə yenidən baxa bilsin.

"Birbank"ın rəqəmsal çıxarış xidməti tamamilə ödənişsizdir. Yeniliyin tətbiqindən sonra "Birbank"da rəqəmsal çıxarışdan istifadə edən müştərilərin sayı əvvəlki dövrlə müqayisədə 45 % artıb. Bu göstərici müştərilərin bank xidmətlərini müstəqil və rəqəmsal kanallar vasitəsilə idarə etməyə artan marağını nümayiş etdirir.

Maliyyə sektorunda ilk olan bu yenilik "Birbank"da bank xidmətlərinin müştərinin özü tərəfindən idarə olunması istiqamətində atılan mühüm addımlardan biridir. Gündəlik bank əməliyyatları ilə yanaşı, bank sənədlərinin də tətbiq üzərindən müstəqil şəkildə əldə olunması müştərilərin rəqəmsal xidmətlərə əlçatanlığını daha da artırır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. "Birbank"ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə