Sığorta

"AXA MBask" Sığorta Şirkətinin lisenziyasının qüvvəsi - MƏHDUDLAŞDIRILDI

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA MBask” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

"ENA" xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, "AXA MBask"ın müraciəti əsasında, MBNP-nin İdarə Heyətinin qərarı ilə sığorta şirkətinə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi ilə ona sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)