Sığorta

Azərbaycanın sığorta bazarında ödənişlər 26,9% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 26,9% artıb.

Beləliklə, yanvar-iyul aylarında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 66,7 manatı ödənişlərə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)