Büdcəən “ASAN xidmət”ə ayrılacaq vəsait artırılır
Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) ayrılacaq vəsait artırılır.
“BI” xəbər verir ki, 2019-cu ilin büdcəsindən ombudsmana 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.