Avtomobil sığortasında artım davam edir

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.
"ENA" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə (1-ci rüb) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 5 milyon 850 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 752 min manat və ya 14,7% çoxdur. 2018-ci ilin yanvar -mart dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 5 milyon 98 min manat sığorta haqları hesabalanmışdı.
2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə könüllü avtomobil sığortası üzrə ödənişlər 472 min manat və ya 22,5% artıb. 2018-ci ilin 1-ci rübü ərzində 2 milyon 92 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 2 milyon 564 min manata qalxıb.