Bank

14 bank şöbəsi bağlanıb

2019-cu ilin mart ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

"ENA.az" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi filiallarının sayı 512 ədəd olub. Bu isə ötən ay ilə müqayisədə 3 ədəd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bank sektorunun fəaliyyətdə olan filiallarının sayı 1 ədəd çoxdur.

Cari ilin mart ayına bankların şöbələrinin sayı 129 ədəd olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14 ədəd azdır. Cari ilin fevral göstəriciləri ilə müqayisədə isə 1 ədəd azdır.

Fəaliyyət göstərən 30 bankın ATM-lərinin sayı 2 535 olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)