MALİYYƏ

Dollara təsir edə biləcək önəmli məlumatlar açıqlandı

ABŞ-da Apreldə kənd təsərrüfatı xaric məşğulluq proqnozdan çox artıb, işsizlik nisbəti 49 ilin ən aşağı səviyyəsinə enib. Maaş artımları isə gözləntiləri ödəməyib. Bu hal hələ də sağlam olan məşğulluq bazarının inkişafı dəstəkləməyə davam edəcəyini göstərib.
 

ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Apreldə 263 min artıb. Pronoz 181 min idi. İşsizlik nisbəti isə 3.8%-dən 3.6%-ə geriləyib.
 

Orta  saatlıq maaşın artımları proqnozlardan aşağı olub. Saatlıq maaş aylıq 0.3% gözlənərkən 0.2%, illik 3.3% gözlənərkən 3.2% artıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)