Həbsdə olanlara kredit kompensasiyası necə verilir? - PALATADAN RƏSMİ CAVAB
Aprelin 22-dən banklar tərəfindən vətəndaşlara kompensasiyalarının ödənilməsinə başlanılıb. Adı kompensasiya siyahısına düşən vətəndaşlar arasında müxtəlif cinayətlər törədərək həbsə düşənlər də var.
Həmin şəxslər kompensasiyanı necə ala bilərlər?
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən sor]uya cavab olaraq bildirilib ki, bu kimi şəxslər etibarnamə ilə ona düşəcək kompensasiyanı digər vətəndaşın almasına icazə verə bilər. Yalnız belə halda həbsdə olan şəxslərə düşən kompensasiyanı almaq mümkündür.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.
(c) Azvision