Rəsmi

Hesablama Palatasının üzvlərinin sayı azaldılır

Azərbaycan Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur.

“BI” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir.

Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorlarının sayının 7-dən 5-ə endirilməsi təklif olunur.

Dəyişikliklə Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırki qanunvericilikdə iş təcrübəsi müddəti nəzərdə tutulmur.

Qeyd edək ki, qanunvericiliyə edilən digər dəyişikliklə Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)