Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanunu təsdiqləyib.
ENA.az xəbər verir ki, 2024-cü il üzrə dövlət büdcəsinin icrası gəlirləri 37 miıyard 161 milyon 838,6 min manat, xərcləri isə 37 milyard 713 milyon 661,1 min manat təşkil edib.
Hesabat ilində dövlət büdcəsinin kəsiri 551 milyon 822 min 583 manat olub.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 1 milyard 837 milyon 805 min 194 manat təşkil edib.