AKP-nin səslərin yenidən sayılması tələbi rədd edildi
Yüksək Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulun 31 rayonunda səslərin yenidən sayılması tələbini rədd edib.
"BI"nin “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə partiyanın YSK-dakı təmsilçisi Rəcəb Özəl jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yalnız 21 rayonda 51 sandıqdakı səslər yenidən hesablanacaq.
“İstanbulda 10 milyon 560 min 963 seçici var. AKP və CHP-nin bələdiyyə rəhbərliyinə namizədləri arasında təxminən 15 min səs fərqi var. Baxın, sandıqların 6 faizi yenidən açıldı, səs fərqi 29 mindən 14 min 600-ə düşdü. Əgər bunun 94 faizi açılmış olsaydı, inanırıq ki, Binəli Yıldırım İstanbul bələdiyyə rəhbəri idi”.