Böyükşor–Pirşağı avtomobil yolunda hərəkət istiqaməti dəyişdiriləcək

Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq.
Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini xahiş edir.