MALİYYƏ

"Fed faizi təcili 50 bənd aşağı salmalıdır" - Trampın Fed namizədi

ABŞ Prezidenti Donald Trampın Fed üçün namizədi Stefan Moore, Fed-in Sentyabr və Dekabr aylarındakı faiz artırmasının yanlış olduğunu deyib. 

"Businessinsider.az" xəbər verir ki, Stefan Moore "New York Times"a verdiyi müsahibəsində, Fed-in pul siyasəti faizini (uçot dərəcəsini) təcili şəkildə 50 faiz bəndi aşağı salması lazım olduğunu söyləyib.

ABŞ Prezidenti Donald Trampın Fed-in İdarə Heyətində boş olan üzv yeri üçün namizəd göstərdiyi Moore, Fed-in Sentyabr və Dekabr aylarındakı iclaslarda faiz artırmaq barədə qərarlarının səhv olduğunu bildirib. 

Moore, Fed-in təcili istiqamətini dəyişdirməsi və faizi yarım bənd aşağı salması lazım olduğunu qeyd edib.

Moore, "Dekabr ayında faizin artırılması başa düşülməsi güc bir hərəkətdi. Əmtəə qiymətləri onsuz da dramatik bir şəkildə düşürdü" deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)