Dünya əhalisinin yarıdan çoxu onlayndır - REKORD
2018-ci ilin iyun-sentyabr aylarında dünyada internet istifadəçilərinin sayı 4,2 milyard nəfərə (dünya əhalisinin yarıdan çoxu - 55%) çatıb. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 7% artım deməkdir.
"Bİ" xəbər verir ki, araşdırmanı 2018-ci ilin iyun-sentyabr ayları üçün “Hootsuite” və “We Are Social” bir yerdə ediblər.
Hesabata görə, sosial mediada aktiv istifadəçilərin sayı il ərzində 10% artaraq 3,4 milyard nəfərə yüksəlib. Mobil telefon vasitəsilə internetə qoşulanların sayı 51,6%, kompüter və noutbuk ilə 44,1%, planşet ilə isə bu rəqəm 4,2%, digər qurğular üzərindən isə 0,1% təşkil edib. Maraqlıdır ki, qeyd olunan dövr ərzində kompüter vasitəsilə internetə daxil olmaq (+2%) daha populyar olub. Telefon üzərindən bu göstərici isə cəmi -1% az olub. Dünya miqyasında hər 10 internet istifadəçisindən 9-u (91%-i) hər ay bir riteylerin onlayn saytına ziyarət edir. 83% istifadəçi isə onlayn üzərindən alış-veriş edir.
Araşdırmaya görə, qadın və kişilərin alıcılıq qabiliyyətində fərqlər mövcuddur. Belə ki, qadınlar kişilər ilə müqayisədə şoppinq üçün nəzərdə tutulmuş tətbiqlərdən istifadəyə daha meyillidirlər. Onlayn alış-verişdə dəbdə olan ən populyar kateqoriya isə geyim və ayaqqabıdır. Adıçəkilən əşyalar son 12 ayda onlayn alış veriş üzrə siyahıda başçılıq edib. İstifadəçilərin əksəriyyəti (Rusiyada-78%-i) məhsulu almamışdan öncə, onu internetdə araşdırır. Son 30 gündə səsli axtarış funksiyasından isə 38% (Rusiyada 20%) internet istifadəçisi faydalanıb.
“Facebook”da reklam auditoriyasının əsasını (25-34 yaş arası 12% qadınlar və 19% kişilər təşkil edib. 3% və 4% isə 13-17 yaş arasındadır). “Instagram”da isə auditoriya daha yetkindir. Belə ki, 15% qadın və 16% kişi 25-34% arasındadır. 3% və 4% istifadəçi isə 13-17 yaş qrupundadır. “Snapchat”da isə qadın və kişilər arasındakı yaş kateqoriyası isə bərabər bölünüb. Belə ki, 14% qadın və 11% kişi 25-34 yaş arasındadır. 11% və 6%-i isə 13-17 yaş qrupundadır.