Neft Trampın İranla bağlı açıqlamasından sonra bahalaşıb (30.09.2026)
Neftin qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşıb.
ENA.az xəbər verir ki, Brent markalı neftin qiyməti 0,8% artaraq 1 barel üçün 106 dollara, WTI markalı neftin qiyməti isə 1%-ə yaxın yüksələrək 94 dollar ətrafına çatıb.
Tramp İranla müharibənin yaxın zamanda başa çatacağına ümid etdiyini bildirib. O, eyni zamanda İranla bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunacağına dair gözləntilərin olduğunu açıqlayıb.
Bununla belə, Yaxın Şərqdə geosiyasi risklər və regiondan neft tədarükünün davamlılığı ilə bağlı narahatlıqlar bazarda qalmaqda davam edir. İran və husilərin Səudiyyə Ərəbistanına hücumları da tədarük risklərini artıran amillər sırasında göstərilir.


















