İnşaat və əmlak

Kupçalar yalnız internetlə veriləcək - YENİLİK

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış (kupça) sahibinin elektron poçt ünvanına göndəriləcək.

"BI"nin məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, hüquq sahibinin istəyi ilə çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Dəyişikliyə əsasən, çıxarış hüquq sahibinin istəyindən asılı olaraq elektron imza ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdiriləcək, yaxud digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsi ilə) hüquq sahibinə göndəriləcək.

Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)