Rusiyada ən gəlirli sahələr açıqlandı
Bİ.az xəbər veriri ki, Rusiya Federasiyasında ən yüksək əməkhaqqı maliyyə sahəsində verilir.
Maliyyəçilərin orta aylıq maaşı 87 991 rubl təşkil edir. Bu, ümum-Rusiya göstəricisini iki dəfə üstələyir. Belə ki, ölkədə orta aylıq əməkhaqqı 42 521 rubldur (ƏDV-siz).
İkinci yerdə faydalı qazıntılar (86 982 rubl), üçüncü sırada isə informasiya və rabitə sahəsi (70 839 rubl) gəlir.
Ölkədə ən az maaşı mehmanxana və ictimai iaşə müəssisələrinin işçiləri alır. Onların maaşı orta hesabla 25 842 rubldur.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı son valyuta məzənnəsinə görə, 1 türk lirəsi 0,0259 manat təşkil edir.