35 milyon manatı bölüşdürmək üçün yığıncaq çağırdı
Aprelin 30-da “AzRe Təkrarsığorta” şirkətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Bu barədə şirkətdən məlumat verilib.
“Yığıncaqda şirkətin 2018-ci il üzrə maliyyə fəaliyyətinin yekunları müzakirə olunacaq. Bundan başqa, səhmdarlar bölüşdürülməmiş mənfəət hesabına dividendlərin ödənilməsi məsələsini həll edəcəklər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, “AzRe Təkrarsığorta” şirkətinin cari fəaliyyəti iləı bağlı digər məsələlər də müzakirə mövzusu olacaq.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 25 milyon 64 min manat təşkil edib. Şirkətin bölüşdürülməmiş mənfəəti isə 34 milyon 893 min manatdır.
“AzRe Təkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrar sığorta şirkətidir. Nizamnamə kapitalı 50 mln. manata bərabərdir.