Birja

Trampın Hörmüzlə bağlı açıqlamasından sonra neft qiymətləri aşağı düşüb

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında qalan gəmiləri azad etmək üçün əməliyyata başlamaq niyyətində olduğunu açıqlamasından sonra neftin qiyməti barrel üçün 1 dollardan çox enib.

"Reuters"in verdiyi məlumata görə, Brent markalı xam neftin fyuçersləri bazar ertəsi günü keçirilən ticarət əməliyyatlarında 1,83 dollar və ya 1,69% azalaraq bir barel üçün 106,34 dollara, WTI neftinin qiyməti isə 1,72 dollar və ya 1,69% azalaraq 100,22 dollar/barelə düşüb.

Agentliyin məlumatına görə, Trampın açıqlaması bazar iştirakçılarının dünyanın əsas dəniz yollarından biri vasitəsilə neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlarını azaldıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)