MALİYYƏ

Azərbaycan Texniki Universiteti-də açılan fintech laboratoriyasında hansı layihələr icra olunacaq?

Azərbaycan Texniki Universiteti-də (AzTU) yaradılan fintech laboratoriyasında 250 tələbə arasından seçilmiş 32 nəfər iştirak edəcək.

Universitetin Rəqəmsal həllər üzrə müəllimi Xəyaləddin Tağıyevin sözlərinə görə, laboratoriya iki istiqamət üzrə fəaliyyət göstərəcək: iqtisadiyyat və informasiya texnologiyaları.

Laboratoriyada tələbələrə daxili nəzarət, risklərin idarə olunması, audit və komplayns sahələri üzrə biliklər veriləcək. Eyni zamanda, onların gələcəkdə işlə təmin olunmasına dəstək göstərilməsi də nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)