Birja

Azərbaycanda birjadankənar əqdlərin ümumi dəyəri 2 dəfə azalıb

2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 624,8 milyon manat dəyərində birjadankənar əqd bağlanılıb.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,1 dəfə və yaxud 52,5 % azdır.

Əvəzində ötən il birjadankənar əqdlərin sayı əvvəlki ilə nisbətən 2,5 dəfə artaraq 1 331 olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)