AMB uçot dərəcəsinin artırır? - BAŞ BANKİRDƏN AÇIQLAMA

AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov gələn həftə bankın İdarə Heyətinin iclasında uçot dərəcəsinin əhəmiyyətli dəyişilməsini gözləmir.
“Anons vermək istəməzdim. Analitik işimizi davam etdiririk, bütün daxili və xarici amilləri nəzrdən keçiririk. Düşünürəm ki, hazırki vəziyyətdə uçot dərəcəsinin əhəmiyyətli dəyişilməsi gözlənilmir”, – E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
AMB martın 15-də iclasda uçot dərəcəsini təkrar nəzərdən keçirəcək.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı fevralın 1-də uçot dərəcəsinin 9,75%-dən 9,25%-dək azaldılmasına dair qərar qəbul edib.
Mərkəzi Bank 2018-ci ildə uçot dərəcəsini 4 dəfə azaldıb. Uçot dərəcəsi fevralın 12-də 15%-dən 13%-ə, aprelin 9-da 13%-dən 11%-ə, iyunun 14-də 11%-dən 10%-ə, oktyabrın 30-da 10%-dən 9,75%-ə endirilib.