Birja

Qızıl bahalaşmaqda davam edir (16.10.2025)

Qızılın qiyməti yeni tarixi rekorda çatıb.

ENA.az xəbər verir ki, bu barədə Comex birjası (New York Ticarət Birjasının bölməsi) məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin dekabr ayı üzrə fyuçerslərin dəyəri bir troya unsiyası üçün 4 250 ABŞ dollarını ötüb.

Saat 07:11-ə (Bakı vaxtı ilə) qızılın qiyməti 4 255,4 dollar (+0,72%) olub. Sonradan artım bir qədər zəifləyərək 08:05-də 4 249,5 dollara (+0,58%) düşüb.

Eyni zamanda, gümüş fyuçerslərinin qiyməti bir az ucuzlaşaraq 52,4 dollar səviyyəsində qərarlaşıb. Gecə saatlarında isə gümüş də tarixdə ən yüksək səviyyə olan 52,89 dollar göstəricisinə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)