Birja

"Goldman Sachs" qızılın qiymət proqnozunu artırdı

ABŞ-nin “Goldman Sachs” investisiya bankı bazar ertəsi 2026-cı ilin dekabr ayı üçün qızılın qiymət proqnozunu bir unsiya üçün 4.300 dollardan 4.900 dollara qaldırıb.

" Bloomberg" xəbər verir ki, bank bu proqnozun əsas səbəbi kimi Avropada fond birjalarına (ETF) güclü investisiya axınlarını və mərkəzi bankların ehtimal edilən alışlarını göstərib.

Bundan əlavə, "Goldman Sachs" bu il mərkəzi bankların ortalama 80 ton, 2026-cı ildə isə 70 ton qızıl alacağını gözləndiyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl bank 2026-cı ilin ortaları üçün 4000, gələn ilin sonu üçün isə 4300 dollar olacağı yönündə proqnozlarından yüksək ola biləcəyini bildirmişdi.

Bankın bir ay əvvəl açıqladığı hesabatında isə qeyd olunmuşdu ki, təkcə ABŞ xəzinə istiqrazlarının xüsusi investorların əlində olan hissəsinin cəmi 1 faizi qızıla yönəlsə, qızılın qiyməti 5.000 dollara yaxınlaşa bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)